ASPIRE ilə təhsili daha
əlçatan edirik
ASPIRE müəllimlərin işini asanlaşdırır və şagirdlərin öyrənməyə marağını artırır

Daha əvvəl Landau.app kimi tanınırdıq
Landau Məktəbində daxili layihə kimi başlasaq da, daha sonra ölkədə və ölkə xaricində tanıdıldıq. Rebrendinqdən sonra platformamız ASPIRE adlandırıldı
Əlavə məlumatMüəllimlər üçün fərqli fürsətlər
Platformamız müəllimlər üçün fərqli fürsətlər təklif edir

Hazır tədris və sınaq materialları

Sinifi idarə etmək üçün alətlər

Şagird performansına dair analitik məlumat
Rəqəmlərə nəzər salaq
Yaratdığımız məzmunu sizə ödənişsiz istifadə üçün təklif edirik
42
kurs3160+
video dərs21000
dəqiqə4500+
dərs vəsaitiKurslarımız
Hazırda təklif etdiyimiz tədris məzmunu ilə tanış olun

İngilis Dili DİM 11
azeri

İngilis Dili DIM 9
azeri

Riyaziyyat 5-ci Sinif
azeri
Platformamızın döyünən ürəyi
Platformamızın döyünən ürəyi müəllimlər və onların şagirdləridir

Əhatələndirmə tədbirləri
Ölkəmizin fərqli regionlarına gedir, müəllimlərlə tanış olur, onlara platformamız haqqında məlumat veririk

Müəllimlərlə mütamadi iş
ASPIRE platformasından istifadə edən müəllimlərlə mütamadi görüşlər keçirir, onların rəyləri və ehtiyaclarına uyğun platformanı təkmilləşdiririk

Şagirdlər arasında yarışmalar
Azərbaycanın müxtəlif yerlərindən gənc istedadları bir araya gətirir, onların arasında bilik yarışmaları təşkil edirik
Müəllimlər və şagirdlərimizdən aldığımız rəylər
bizi etdiyimiz işə daha da çox həvəsləndirir
Vəfa Hacımirzəyeva
Tələbə
Platformada müəllimin izahı ilə materialı daha rahat başa düşürük.Tapşırıqları müəllimin izahına əsasən işləməyimiz də daha aydın alınır. Ev tapşırıqları üçün vaxt limitinin olmaması çox yaxşıdır.
Fatimə Cabbarova
Tələbə
Sualların orta səviyyədə olması və tapşırıqları istədiyimiz vaxt həll edə bilməyimiz platformanın müsbət cəhədlərindəndir. Tapşırıqlar mövzuları tam əhatə edir.
Fəxrəddin Verdiyev
Tələbə
İzahlar aydın və kompakt şəkildə olduğu üçün izləmək və həll etdikdə yorulmuruq. Hər hansısa bir səbəbdən dərslərdən geri qaldıqda buradan istədiyimiz mövzunu seçib, izləyib örgənmək mümkündür.
Sevanə Lətifli
Müəllim
Riyaziyyat fənni üzrə resurs tapmaqda əvvəllər biz müəllimlər və şagirdlər çox çətinlik çəkirdik, indi isə ASPIRE platformasında çox rahat şəkildə həm dərslərin izahına baxa, həm də test işləyə bilirik. Şagirdlərin vaxtlarının daha maraqlı və səmərəli keçməsində böyük rol oynayır. Dərsdə daha aktiv və yüksək fəaliyyət göstərmələrinə stimul verir. Azərbaycanda belə gözəl təhsil platformasının olmağı biz müəllim və şagirdləri çox sevindirir.
Gülnarə Həsənova
Müəllim
Gözəl platforma üçün minnətdarlığımı bildirirəm. Həm biz müəllimlər üçün həmdə şagirdlər üçün çox gözəl, əlçatan və ən asası ödənişsiz olduğu üçün mükəmməl bir proqram yaradılıb. Mən bir müəllim kimi bu platformanı istifadə etdikdən sonra şagirdlərdə xeyli irəliləyiş görürəm. Bir daha sizə təşəkkür edirəm.
Aytən Dadaşova
Müəllim
Bu platforma ilə tanışlığım mənim dərs keçmə metoduma yenilik qatdı. Həmişə fikirləşirdim ki dərsi necə edim ki elektron formada keçim. Bunun üçün vaxt lazım idi ki evdə hazırlayım. Amma platformada cox rahat dərs izahları var, həmdə ev tapşırığı üçün çox əlverişlidir.Buna görə bu platformanın yaradıcılarına öz təşəkkürümü bildirirəm.
Tez-tez verilən suallar
Burada platformamız haqqında yarana bilən sualları cavablandırmışıq. Müəllim və ya tələbə olmağınızdan asılı olmayaraq, ASPIRE platformasından maksimum yararlanmağınıza kömək etmək üçün buradayıq.
Platformadan istifadə ödənişsizdir?
Platformaya necə daxil ola bilərəm?
Müəllim olaraq platformadan necə faydalana bilərəm?
Hər hansı bir materiala baxmaq və ya yükləmək üçün aktiv internet bağlantım olmalıdır?
Platformada şagirdlər sinif otağına necə əlavə olunmalıdır?
ASPIRE dəstək komandası ilə necə əlaqə saxlaya bilərəm?
Sizə necə kömək edə bilərik?
Sual və ya rəyiniz varsa, bizimlə əlaqə saxlayın. Bu bizə işimizi təkmilləşdirməyə kömək edir.